15 İyul 2026
Ölkə futbolu

UEFA reytinqi: “Qarabağ” “Fənərbağça” ilə eyni sırada

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, “Qarabağ” UEFA Avropa Liqasının pley-offunda Sloveniya komandası “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etsə də, bunun mövqeyə təsiri olmayıb. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər.

Komanda reytinqdə “Molde” (Norveç), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə bu pilləni bölüşdürür.

“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb.

UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43