UEFA İstanbulda keçirilən Çempionlar Liqasının finalında yaşanan insidentə aydınlıq gətirib.
İdmanxeber.az “RİA Novosti” nəşrinə istinadən xəbər verir ki, stadionda açılan Ukrayna bayrağına arenanın təhlükəsizlik xidməti təpki göstərib. Bayrağı azarkeşin əlindən alan təhlükəsizlik əməkdaşı bunun qadağan olduğunu bildirib.
Yaşananların ardından ukraynalı tərəfdarlar UEFA-ya təpki göstəriblər. Ancaq qurumdan bildirilib ki, qarşılaşmada Ukrayn bayrağı ilə bağlı hər hansı bir qadağa olmayıb və hadisəyə görə Türkiyə tərəfi məsuliyyət daşıyır.
İyunun 10-da “Mançester Siti” Çempionlar Liqasının finalında “İnter”ə qalib gələrək (1:0) tarixdə ilk dəfə turnirin qalibi olub.

