UEFA Avropa Superliqasının yaradılmasına mane olmaq üçün “Yuventus”a təzyiq edir.
İdmanxeber.az AS nəşrinə istinadən xəbər verir ki, rəhbərlik bununla bağlı turnirin digər təsisçiləri “Real” və “Barselona” ilə görüş tələb edib. Belə ki, Turin təmsilçisi layihəni həyata keçirməkdən imtina etmək üçün müzakirələr aparacaq.
Mənbə yazır ki, əgər “Yuventus” Superliqadan vaz keçməsə, UEFA maliyyə fırıldaqlarına görə klubu avrokuboklardan uzaqlaşdıracaq.

