“Kəpəz”in qapıçısı Orxan Sadıqlı “Sumqayıt” klubuna transfer olunub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı qolkiper Gəncə təmsilçisindən maaşının artırılmasını tələb edib.
Belə ki, “sarı-göylər”də aylıq 1500 manat alan Sadıqlı yeni mövsümdə rəhbərlikdən 6 min tələb edib.
“Kəpəz” oyunçunun bu tələbi ilə razılaşmadığı üçün qapıçı ilə yollarını ayırıb.

