12 İyul 2026
Dünya futbolu

Ukrayna millisində daha bir itki

Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində daha bir itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, “Dinamo”dan çağırılan müdafiəçi Aleksandr Timçik zədə səbəbindən heyətdən çıxarılıb. Daha əvvəl yarımmüdafiəçi Viktor Sıqankov da eyni səbəbdən yığmadan ayrılmışdı.

Ukrayna oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycanla qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43