İdman

Ukraynalı futbolçu Bakı klubunda – RƏSMİ

“Səbail” növbəti transferini həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu ukraynalı legioner İqor Korotetskini “rənglərinə bağlayıb”.

Ötən mövsümün ikinci yarısını “Kəpəz”də keçirən 31 yaşlı mərkəz müdafiəçisiylə 2 illik müqavilə imzalanıb.

Korotetski “Səbail”in bu yay fasiləsi dönəmində ilk legioner transferidi. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları – Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi “Qarabağ”), Şəhriyar Rəhimov (“Kəpəz”), Vüqar Bəybalayev (“Sumqayıt”) və Ruslan Qurbanovu (“Qəbələ”) transfer edib, Fəhmin Muradbəylini (“Neftçi”) icarəyə götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43