12 İyul 2026
Dünya futbolu

Ulduz futbolçu “Qalatasaray”dan getmək istəyir

“Qalatasaray”ın hücumçusu Alvaro Morata komandadan ayrılmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı futbolçuya İtaliyadan təklif var. “Komo” klubu onu heyətinə qatmaq istəyir. İspaniyalı forvard özü də bu təklifə müsbət yanaşır.

Xatırladaq ki, Morata ötən mövsümün yanvar ayında “Qalatasaray”a keçib. Müqavilə ilə “Milan”a məxsus olan oyunçunun İstanbul təmsilçisi ilə gələn yaya qədər sözləşməsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43