16 İyul 2026
Ölkə futbolu

“Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər” – Kurban Berdiyev

“Turan Tovuz” Misli Premyer Liqasının 9-cu turunda səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Çox çətin oyun oldu. Bilirdik ki, “Karvan-Yevlax” əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər. Oyun tam olaraq məni qane etmədi. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43