16 İyul 2026
Ölkə futbolu

Vəli Qasımova vəzifə verildi

“Şamaxı” klubunun İdarə Heyətinə yeni üzv seçilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubda gənclərin inkişafı proqramının rəhbəri olan Vəli Qasımov həmçinin idarə heyətinə yeni üzv seçilib. O, bu vəzifədə 1-i liqa təmsilçisi “Mingəçevir”in baş məşqçisi təyin edilən Ramiz Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Vəli Qasımov 2022-ci ildən “Şamaxı”da gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43