Metyu Valbuenanın 4 illik “Olimpiakos” macərası başa çatır.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu instaqram səhifəsində etdiyi paylaşımla Yunanıstan klubundan ayrıldığını bildirib.
“Olimpiakos” forması ilə Valbuena 150 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub və 43 asist etməyi bacarıb.

