Kateqoriyasız

Vaqif Sadıqovdan hədiyyə- millinin forması və…

AFFA və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində Bakıdakı Milli qəhrəman Zakir Yusifov adına 194 saylı tam orta məktəbin V, VI və VII sinif şagirdləri üçün “Məktəblərdə Futbol dərsi” layihəsinə start verilib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, layihənin açılışında məktəbin direktoru Əliyusif Əliyev, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino iştirak ediblər.

Üzərində Vaqif Sadıqovun adı yazılmış Azərbaycan milli komandasının futbolkası və V.Sadıqovla Perez Moreno Gomez Faustinonun imzaladığı top məktəbə hədiyyə olunub.

“Məktəblərdə Futbol dərsi” layihəsi adı qeyd olunan məktəbin V, VI və VII siniflərində təhsil alan 313 şagirdi əhatə edəcək. Ümümilikdə, bu layihə  22 məktəbdə tətbiq olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43