Dünya futbolu

Vasili Saçko: “Sabahkı oyundan sonra hər şey bəlli olacaq”

“Vorskla”nın baş məşqçisi Vasili Saçkonun Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl mətbuat konfranı keçirilib. Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis matçdan əvvəl bunları deyib:

-Bizim üçün çox ciddi oyun olacaq. Sabahı səbirsizliklə gözləyirik”.

-İlk oyundakı nəticəni nəzərə alsaq, sabah müdafiəyə üstünlük verəcəksiz, ya hücum?

-“Qarabağ”ın güclü futbolçuları var. Çoxu millidə oynayan oyunçulardır. Oyunu istədiyimiz kimi oynayacağıq. Özümüzə uyğun oyun tərzimiz var. 12-ci futbolçumuz azarkeşlərimiz olacaq. Sabah gözəl oyun sərgiləmək istəyirik.

-Bukmeyker kontorları “Vorskla”nı favorit göstərir. Bununla razısızmı?

-Bu suallar bizi maraqlandırmır. “Qarabağ” güclü komandadır. Məqsədimiz qazanmaqdır.

-Siz demişdiz ki, qələbə qazanmaq üçün Azərbaycana gedirik. Sabahkı oyun üçün də eyni şeyləri deyə bilərsizmi?

-Bilirsiz ki, ilk ilimdir bu işdəyəm. Hər zaman hər şey istədiyimiz kimi olmur. Böyük danışmaq istəmirəm. Öz azarkeşlərimizin qarşısında oynayacağıq. Bu futboldur. Hər şey ola bilər. Qələbə qazanmaq üçün bacardığımızı edəcəyik.

-Qarşınıza qoyduğunuz hədəflərə çatmısızmı?

-Sabahkı oyundan sonra hər şey bəlli olacaq.

-“Dnepr” “Qarabağ”la qarşılaşdığı vaxt, finalara qədər yükəlmişdi. Nə deyə bilərsiz bu haqda?

-Bu matçı xatırlayıram. “Dnepr” evdə məğlub olub, səfərdə qazanmışdı. Uzun müddətdir ki, “Qarabağ”ı izləyirəm. Azərbaycan da futbol günü-gündən irəliləyir.

-Sabahkı oyunda hamı iştirak edəcəkmi?

-Zədəli olanlar komandadan ayrı məşq edir. Hazır olacaqları təqdirdə, oynayacaqlar.

– Qarşıda sizi nə gözləyir?

-Güclü komandamız var. Qələbə qazanmaq istəyirik. “Arsenal”nan oyundan sonra digər oyunlar, asan idi. Hər oyun bizim üçün təcrübədir. Ukrayna çempionatında güclü komandalar var. Komanda olaraq oyun balansımızı qorumaq istəyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43