Dünya futbolu

Yuri Kolomoyets: “Şanslar bərabərdir”

“Vorskla”nın futbolçusu Yuri Kolomoyets sabahkı “Qarabağ” oyunu barəsində jurnalistlərin suallarını cavablandırıb:

-“Vorskla” güclü komandalara qarşı oynayır. Gələcək oyunlar haqda nə deyə bilərsiz?

-Sabahkı oyunda şanslar 50/50-dir. Özümüzə inanırıq. Qələbə seriyamızı davam etdirmək istəyirik. İlk oyunda hücumda çox da yaxşı oynaya bilmədik. Bu dəfə daha yaxşı oynayacağımıza ümid edirik.

-Sabahkı oyunda “Vorskla”nın şanslarını necə dəyərləndirirsiz?

-Oyundan əvvəl də demişdim ki, şanslar bərabərdir. Hər iki tərəf də oyuna yaxşı hazırlaşıb. Oyundan əvvəl ki, son məşqdə məşqçilərimiz bizə rəqibin zəif və güclü tərəflərini deyəcək.

-Sabahkı oyunda sizdən nə gözləyə bilərik? 

-Düşünürəm ki, məhsuldar ötürmələr edib, qol vurmaq mənim işimdi. Komandama köməklik etmək üçün əlimdən gələni edəcəm.

-Hər oyuna özünüzü necə hazırlayırsız?

-Həmişə çalışırıq ki, özümüzü oyuna daha yaxşı hazırlaşaq. Qazanmaq istəyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43