Dünya futbolu

Velbek “Qalatasaray”a doğru

Velbek “Cim-bom”a keçir.

İstanbul təmsilçisi ötən mövsümün bombardiri Bafetimbi Qomisi “Əl Hilal” klubuna satdıqdan sonra yeni hücumçu axtarışına çıxıb. Transfer müddətinin bağlanmasına az bir vaxt qala “Aslan” “Arsenal”ın oyunçusu Deni Velbeki heyətinə qatmağa yaxındır. İngiltərə mətbuatının verdiyi məlumata görə, London təmsilçisinin keçirtdiyi son iki qarşılaşmada heyətdə yer ala bilməyən hücumçu “Qalatasaray”a gəlməyə razılıq verib. “Sarı-qırmızılılar” 27 yaşlı oyunçunu bir illik  icarəyə götürmək üçün qarşı tərəfə 3 milyon avro ödəməyə hazır olduğunu bildirib. Xəbərdə hər iki tərəfin razılaşmağa çox yaxın olduğu da yazılıb. 

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43