Ölkə futbolu

Vəli Qasımov: “Evdə qalib gəlmək üçün darıxmışıq”

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” – “Şkendiya”nı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, oyun öncəsi “ağ-qaralar”ın baş məşqçisi Vəli Qasımov açıqlama verib:

“Bizi çətin oyun gözləyir. Rəqibimiz yaxşı komandadır. Evdə qalib gəlmək üçün darıxmışıq. “Baltsan” da zəif komandaydı amma gəldi bizi uddu. Çünki hücum xətləri güclüydü. Rəqibin 6 futbolçusu millidə oynayır. Birinci oyundan turun taleyin həll etmək çətindir. Buna zəmanət vermirik. Gərək 5-6 qol vuraq ki, bu rahatlıq bizdə olsun. Hücum xətti üçün danışıqlar aparırıq hələ ki, razılıq baş tutmayıb. Bəzi oyunçular başqa klubları seçdikləri üçün əlimizdən çıxdılar. Rəqibin bəzi oyunçularına qarşı tədbir görmüşük”. 

Araz Abdullayev (komandanın kapitanı): “Futbolçular başa düşür necə oyuna çıxacaqlarını. Evdə oynuyuruq. Neçə vaxtdı burada qələbə qazanmırıq. Sabah buna çalışacağıq. “Baltsan”la ilk hissəni yaxşı oynadıq. Amma ikinci hissədə boşluq buraxdıq. Bu bizə dərs oldu. Bircə fikrimiz var ki sabah burada qalib gələk. Ən azı iki tut keçmək istəyirik. Bunun üçün meydanda can qoymaq lazımdır. Biz rəqibin oyununu izləmişik. Yaxşı hazırlaşsaq istənilən rəqibi məğlub etmək olar”.

Qeyd edək ki, oyun sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43