Ölkə futbolu

Vəli Qasımov: “Komanda Maltadan qayıdandan bəri istirahət etməyib”

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi" "Baltsan"ı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, "flaqman" iyulun 7-də "Bakcell Arena"da rəqibylə qarşılaşacaq.

Oyunöncəsi mətbuat konfransında "ağ-qaralar"-ın baş məşqçisi Vəli Qasımov bunları deyib:"Komanda Maltadan gələndən bəri istirahət etməyib. Yaxşı vəziyyətdəyik. Oyuna ciddi hazırlaşırıq. Komandadan yaxşı nəticə gözləyirik. Biz favoritik amma meydanda oynamaq başqa şeydi. Potensial rəqiblərimiz barədə məlumatımız var".

Transferlərlə bağlı sualları isə belə cavablandırıb: "Nə qədər çox mərhələ keçsək, o qədər yaxşıdır. Ailtonla bağlı danışıqlarımız davam edir. Hələ ki, müəmmalıdır. Hücumçu axtarışımız davam edir".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43