Fransalı mütəxəssis Patrik Vieyra ABŞ millisinin baş məşqçisi postuna namizəddir.
İdmanxeber.az-ın məlumatına görə, sabiq futbolçu Gregg Berhalterin qovulmasının ardından bu posta təyin oluna bilər.
Vieyranın son iş yeri iyul ayında tərk etdiyi “Strasburq” olub. Mütəxəssis əvvəllər “Kristal Pelas”, “Nitsa” və “Nyu-York Siti” klublarını da çalışdırıb.
Fransız futbolçu kimi “Mançester Siti”, “Arsenal”, “İnter”, “Yuventus” və “Kann” klublarında çıxış edib. Vieira 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu ünvanına sahib çıxıb.

