İdman

VOLEYBOL: “Lokomotiv” üçüncü qələbəsini qazandı

Qadın voleybolçuların Azərbaycan Superliqasında üçüncü tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, “Lokomotiv” “Telekom”la qarşılaşıb. İlk iki setdən sonra hesabda bərabərlik var idi. Son setlərdə isə “Lokomotiv” gücünü ortaya qoyub və daha üstün oyun nümayiş etdirərək ard-arda üçüncü qələbəsini qazanıb.

“Lokomotiv” – “Telekom” 3-1 (25-20, 21-25, 25-18, 25-19)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43