05 İyun 2026
Ölkə futbolu

“Vuruşursan, döyüşürsən, amma məğlub olursan” – Azər Həşimov

“Birinci hissə 1:1 hesabı ilə nəticələndi. İkinci yarıda cərimə zərbəsi və penaltilərdən qollar buraxdıq. Rəqibin 3-cü qolu qırılma nöqtəsi oldu. Nəticədə məğlub olduq. “Sumqayıt”ı təbrik edirəm. Növbəti turda “Turan Tovuz”la qarşılaşacağıq. Xal və ya xallar qazanmağa çalışacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Karvan Yevlax”ın baş məşqçisi Azər Həşimov “Sumqayıt” məğlubiyyəti sonrası deyib. O, daha sonra belə davam edib:

“Bilirsiz ki, yeni komandayıq. Bütün rəqiblərə qarşı mübarizə aparacağıq. Həmişə dediyim kimi asan təslim olmayacağıq. Futboldur, belə şeylər olur. Vuruşursan, döyüşürsən, amma məğlub olursan. Ən yaxşısını etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43