Türkiyə birinci liqasında 32-ci turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin sabiq üzvü Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” səfərdə “Şanlıurfaspor”un qonağı olub. Matç ev sahibinin qələbəsi ilə başa çatıb – 3:2.
Vüsal əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyib.
“Boluspor” hazırda 45 xalla 10-cu yerdədir. 37 xala malik “Şanlıurfaspor” isə 20 komanda arasında 17-cidir.

