16 İyul 2026
Dünya futbolu

“Xabi Mbappe istisna olmaqla hər kəsin gedişinə razıdır, yetər ki, Yıldızı ala bilsin”

“Real”ın baş məşqçisi Xabi Alonso “Yuventus”da çıxış edən Türkiyə millisinin üzvü Kenan Yıldızı transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, məşhur menecer Covanni Branxini gənc futbolçunun Alonsonun transfer siyahısında olduğunu təsdiqləyib.

Branxini “Tutto Mercato”ya verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib:

“Xabi Mbappe istisna olmaqla hər kəsin gedişinə razıdır, yetər ki, Yıldızı ala bilsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43