“Barselona”nın baş məşqçisi Xavi “Atletiko”dan icarəyə götürülən Joao Feliksi hansı mövqedə istifadə edəcəyinə qərar verib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis portuqaliyalı yarımmüdafiəçini cinah müdafiəçisi kimi oynadacaq.
Sentyabrın 1-də Feliksin icarə əsasında “Atletiko”dan “Barselona”ya keçdiyi məlum olub. Klublar arasındakı müqavilə 2024-cü il iyunun 30-na qədərdir və satın alma variantını nəzərdə tutulmur.
23 yaşlı futbolçu ötən mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

