“Xəzər Lənkəran” sabah qarşılaşacağı AZAL-la matçın hazırlıqlarına yekun vurub.
İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər”lə oyun öncəsi son məşq zamanı Mbilla zədələnib.
Cənub klubunun kamerunlu forvardı məşq zamanı əzələsini dartıb. 26 yaşlı forvard məşqi davam etdirə bilməyib və yarımçıq tərk edib.
Onun sabahkı oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.