Kateqoriyasız

“Xəzər Lənkəran” “Neftçi” ilə qarşılaşacaq – Yarımfinalda

"Xəzər Lənkəran"ın 10 yaşlılarından ibarət komandası uğurlu çıxışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisi U-10 liqasının 1/4 Final mərhələsində "Sumqayıt"lə həmyaşıdları ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Əli Quliyevin vurduğu qol "Xəzər Lənkəran"ı yarımfianal daşıyıb.

Bu mərhələdə "Xəzər Lənkəran" "Neftçi" ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43