Kateqoriyasız

“Xəzər Lənkəran”da ciddi itki: Orxan Sadıqlı da belə getdi

Qış fasiləsində təlim-məşq toplanışı keçmək məqsədi ilə Antalyaya yollanan “Xəzər Lənkəran” klubu itki ilə üzləşib.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, cənub təmsilçisinin gənc qolkiperi Orxan Sadıqlı zədəsi səbəbindən məşqləri buraxmalı olub. Qolkiperin zədəsi ciddi olduğundan yanvar ayının 9-da ayağından əməliyyat olunacaq. Sadıqlı ən az 1 ay yaşıl meydanlardan uzaq qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43