Kateqoriyasız

“Xəzər Lənkəran”ı Naxçıvanda gözləyən təhlükə

Bu gün Naxçıvanda keçiriləcək Superkubok öncəsi maraqlı xəbər əldə etmişik.

Belə ki, yerli azarkeşlər “Neftçi”ni dəstəkləyəcəklərini açıqlayıblar. Daha doğrusu onların böyük qismi paytaxt klubuna dəstək olacaqlar. Yerdə qalanlar isə Cənub komandasını qələbəsinə sevinənlər olacaq. 

Bu barədə idmanxeber.com saytına açıqlamasında İbrahimxəlil Axundlu adına Naxçıvan şəhər stadionunun direktoru İbrahim Rzayev deyib. Onun bildirdiyinə görə, hər iki komandanın oyun öncəsi məşqini izləmək istəyən xeyli sayda azarkeş qapı arxasında qalıb və onları içəri buraxılmasına icazəı verilməyib. Bu zaman stadion rəhbəri azarkeşlərə “kimə dəstək olacaqsız?” sualıını ünvanlayıb. Onlar isə bir ağızdan “Neftçi”yə azarkeşlik edəcəklərini gizlətməyiblər. 

Rzayev bildirib ki, Naxçıvanda XL azarkeşi də az deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43