Kateqoriyasız

Yapma ya…

Dünyanın ən yapma mediası Türkiyədədir. Nə yapmamalı şeydirsə, onu yapırlar. Xüsusən, qardaş ölkənin idman mediası nəzərdə tutuluyor…

Əmin edə bilərik, “Fatih Terim Azərbayan millisinə namizəddir” yazıb linki göndərsək, 90% idman saytının dərc edəcəyi, üstəlik, fantaziyalarını da qatıb, daha irəli gedəcəyi vəziyyətdir orda. Türkiyə idman mediasında “tərəflərin rəyi” punktu işləmir, yoxdur elə bir şey…

***

Okan Buruk Türkiyə millisinin baş məşqçiliyinə namizəd gösərilirdi, ancaq TFF uğurlu CV-si olmayan alman məşqçi ilə müqavilə bağladı. İndi özlərinə məqbul olmayan Buruk bizim milliyə xilas kimi “göndərilir”.

Bu yenə bir az anlaşılandır, hələ Samet Aybaba xəbəri də var. O da Türkiyə mediasında millimizə xilaskar kimi təqdim edilir. Yapma ya…

Xəbərlərin mənbəyi, mənsəbi, mətləbi vacib deyil, əsas odu, “abu bu çok güzel haber, basalım gitsin”…

Abilər, ablalar, amca, yenge, kayın pederler, yapmayın ya. Bizimlə dalğa keçməyin. Biz futolumuza çarə axtarırıq, Samet Aybaba nedir, ay baba?

***

Hələ Yılmaz Vural var idi, namizəd göstərildi aylarla. Yox bir Selami Şahin…

Etmeyin-eylemeyin, ay balam.

Zatən, bizim yaralı yerimiz baş məşqçi postu deyil. Bize uşak… nırç, çocuk futbolunun kalkınması lazım.  Ləjyoner limiti kaldırılmak üzere, ede biliyorsunuzsa, bu şeylerde imdad olun.

Helelik. Hoşça kalın, görüşürüz, eyvallah.

Elçin Cəlilov (Futbolpress.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43