25 İyun 2026
Kateqoriyasız

Yaya Ture artıq “Siti”yə lazım deyil

“Mançester Siti”nin futbolçusu Yaya Ture yayda komandasını dəyişəcək.

İdmanxeber.com-un məlumatına görə bu barədə futbolçunun meneceri Dmitri Seluk məlumat verib.

O bildirib ki, gələn təkliflər arasında “şəhərlilər”in adı yoxdu:

“Bu andan etibarən biz digər klublarla danışıqlara başlayırıq. “Siti”dən konkret təklif almadıq. Yaya kluba bacardığı hər şeyi verdi. Bizə elə gəlir ki, rəhbərlik onu qiymətləndirməsini daha yaxşı göstərə bilərdi.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43