24 İyun 2026
Ölkə futbolu

Yuri Vernidub legioner futbolçunu cərimələdi, komandaya xəbərdarlıq etdi 

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub venesuelalı futbolçunu cərimələyib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Freddi Varqasdan gedir. Ukraynalı mütəxəssis artıq çəkisi olan oyunçunu bağışlamayıb.

Bir neçə dəfə xəbərdarlıq edilən yarımmüdafiəçiyə sonunda pul cəzası verilib.

Baş məşqçi bu məsələdə ciddi olduğunu və qidalanmasına önəm verməyən bütün oyunçuların cəzalanacağını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43