25 İyun 2026
Dünya futbolu

“Yuventus” üçün vacib iki oyun – Spalletiyə son şans 

“Yuventus”un baş məşqçisi Luçano Spallettinin taleyinə yaxın iki oyun aydınlıq gətirəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Turin klubu Çempionlar Liqasında “Qalatasaray”, A Seriyasında isə “Roma” ilə qarşılaşacaq. Oyunlar fevralın 25-i və martın 1-də keçiriləcək.

Mənbənin iddiasına görə, qarşıdakı matçların nəticəsi yalnız Spallettinin deyil, klubun baş direktoru Damien Komollinin də gələcəyinə təsir göstərə bilər. 

Qeyd edək ki, “Yuventus” son beş oyunda qələbə qazana bilməyib. Turin təmsilçisi “Qalatasaray”la ilk görüşdə 2:5 hesabı ilə uduzub. Komanda hazırda A Seriyasında 46 xalla 5-ci pillədə qərarlaşıb. “Roma” isə 47 xalla 4-cü sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43