Dünya futbolu

“Yuventus”dan 25 milyon avroluq transfer

“Yuventus” hücum xəttini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, “qoca sinyora” “Sampdoriya”nın hücumçusu Patrik Şiki transfer edib. Bu barədə “Sampdoriya”nın prezidenti Massimo Ferrero İtaliya mətbuatına açıqlamasında söyləyib.

21 yaşlı futbolçunun transferi “Yuventus”a 25 milyon avroya başa gəlib.

Çexiya millisinin üzvü olan Şik cari mövsüm 32 oyuna 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43