15 İyun 2026
Dünya futbolu

Zamiq oynadı, komandası növbəti mərhələyə yüksəldi

Millimizin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” pley-offun yarımfinalında “Partizani” ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, həmyerlimizin 90 dəqiqə meydanda olduğu matç 0:0 hesabı ilə başa çatıb.

Ev sahibi komanda bu nəticəylə növbəti mərhələyə yüksəlib. “Eqnatiya” finalda “Vllaznia” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Eqnatiya” ölkə çempionluğu uğrunda “Vilaznia” ilə üz-üzə gələcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43