26 İyul 2026
Kateqoriyasız

Zaqatalalı azarkeşlərin etirazı davam edir: “Haqqımızı qaytarın!” – VİDEO

“Simurq” – “Qarabağ” matçında Draqan Çeranın vurduğu qolun hakimlər tərəfindən qeydə alınmaması zaqatalalı azarkeşlərin bugünkü gündə də müzakirə obyektidi.

İdmanxeber.com-un məlumatına görə, haqqlarının tapdalandığını deyən “Simurq” azarkeşləri daha bir video ilə etiraz səslərini ucaldıblar. Videoda “Qarabağ”la kubokdakı hər iki matçda vurulan qolları müqayisə edən fanatlar həm səfər, həm də evdəki matçda hakimin verdiyi qərarlardan narazılıqlarını bildiriblər. Onlar matçın yenidən keçirilmə tələbi ilə çıxış edirlər.

Videonu diqqətinizə çatdırırıq: 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43