Dünya futbolu

Zidan: “Mən mərkəz fovardı alınmasını tələb etməmişəm”

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Mançester Yunayted”lə yoxlama oyunundan sonra  (1:1, 1:2 pen.) jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, fransalı çalışdırıcı mətbuat konfransında bunları deyib:

“Çox razıyam. Uşaqlar yaxşı oynadılar. Əsas odur ki, zədə olmadı.

Mən mərkəz forvardı alınmasını tələb etməmişəm. 28 futbolçu var. Onlarla əzmlə çalışırıq. Penaltilər seriyası yaxşı olmasa da, nigaranlığa əsas yoxdur. Əsas zədəsiz ötüşməyimizdir

Təcrübəli mütəxəssis Ramos barədə də məlumat verib:

“Ramos demək olar ki, hazırdır. Sabah məşqlərə başlayacaq”, – deyə Zidan bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43