Kateqoriyasız

“Zirə” legioneri ilə yolları ayırdı

“Zirə” futbolçusu George Antonla yollarını ayırıb.

Idmanxeber.az klubun saytına istinadən xəbər verir ki, moldovalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Zirə” futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, G.Anton bu ilin yanvarından Bakı təmsilçisində çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43