04 İyul 2026
Ölkə futbolu

“Zirə” Super Liqa klubu ilə üz-üzə gələcək

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” sabah ilk yoxlama oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv, “Fatih Karagümrük”lə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da “Fenerbahçe Topuk Yaylası”nın meydançasında start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43