Kateqoriyasız

“Zirə” AZAL-a uduzdu

“Zirə” “Avro-2016″nın seçmə mərhələsinin oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranan fasilədə yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Adil Şükürovun komandası AZAL-la qarşılaşıb.

Oyun 1:0 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.

Qeyd edək ki, görüşün ikinci hissəsində “Zirə”nin heyətində Təmkin Xəlilzadə penaltidən yararlana bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43