İdman

“Zirə” “Osmanlıspor”la qarşılaşacaq

Yay təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Bolu şəhərində keçirəcək “Zirə”nin qonşu ölkədə planlaşdırılan yoxlama oyunlarındakı rəqiblərinin üçünün adı məlum olub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, iyulun 19-da səfərə çıxacaq komanda ilk görüşünü bir gün sonra Qətərin yüksək liqa təmsilçisi “Əl-Xaritiyah” klubuna qarşı keçirəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv bundan başqa daha 3 görüşə çıxacaq. Paytaxt təmsilçisi iyulun 23-də Türkiyə 1-ci liqa təmsilçisi “Osmanlıspor”, 27-də isə 1-ci liqa təmsilçisi “Əskişəhərspor”la qarşılaşacaq. Həmçinin, iyulun 30-da komada daha bir yoxlama matçına çıxacaq. Bu oyundakı rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43