İdman

“Zirə”nin Macarıstan klubuna qarşı sınağı

Türkiyədəki təlim-məşq toplanışını başa vurmağa hazırlaşan “Zirə” bu gün sonuncu yoxlama görüşünə çıxacaq.

İdmanxeber.com-un  məlumatına görə, komanda Macarıstanın “Haladaş” klubu ilə qarşılaşacaq.  “Arcadia” otelinin meydançasında keçiriləcək matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” bundan əvvəl Rumıniya “Volentaru”sına  qalib (2:0) gəlib, Rusiya “Avanqard”ına uduzub (0:3).
3 fevral

Yoxlama oyunu
16:00. “Zirə” – “Haladaş” (Macarıstan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43