Milli komanda

Əvvəl “Neftçi”, indidə “Sumqayıt” – FOTO

Bu gün “Kapital Bank Arena”da 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə “Sumqayıt” klubun U-17 komandası arasında yoldaşlıq oyununu keçirilib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “Sumqayıt” FK U-17 2:1 hesabı ilə qalib gəlib. Komandadan qolları Murad Məmmədxanov və Elmin Bayramov vurub.

Qarşılaşmanı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də izləyib. Fasilə zamanı klubun prezidenti Kamran Quliyev xorvatiyalı mütəxəssisə “Kapital Bank Arena”nın inzibati binası ilə tanış edib. Görüş zamanı “Sumqayıt” FK-nun baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov və əvəzedici komandanın çalışdırıcısı Samir Abasov da iştirak edib. Daha sonra Prosineçkiyə “Sumqayıt” FK-nun ənənəvi 50 nömrəli futbol geyimi hədiyyə edilib.

Qeyd edək ki, daha öncə “Neftçi” klubu da Prosineçkiyə formasını hədiyyə etmişdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43