Dünya futbolu

4 oyuna 16 qol buraxan komanda baş məşqçisini qovdu

İngiltərənin “Bornmut” klubu baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Komanda Premyer Liqanın IV turunda səfərdə “Liverpul”a 0:9 hesabı ilə uduzub. I turda “Aston Villa”ya 2 cavabsız qolla qalib gələn “Bornmut” növbəti matçlarda “Mançester Siti”yə 0:4, “Arsenal”a isə 0:3 hesabı ilə yenilib.

Qeyd edək ki, Skott Parker 2021-ci ilin iyulundan komandaya rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43