Dünya futbolu

41 yaşında futbola qayıtdı

Argentina futbolunun canlı əfsanəsi Xuan Sebastian Veron karyerasını bərpa edib.

 

İdmanxeber.com-un məlumatına görə, 41 yaşlı futbolçu Argentinanın həvəskarlar liqasında çıxış edən”Estrella de Berisso” klubunda çıxış edəcək.

 

Qeyd edək ki, Veron karyerasını 2014-cü ildə “Estudiantes”də başa vurmuşdu. Argentinalı futbolçu karyerası ərzində “Boka Xuniors”, “Latsio”, “Mançester Yunayted”, “Parma” və “İnter” kimi klublarda çıxış edib.(Sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43