Gürcüstanın paytaxtı Tiflisdə toplanışda olan “İnter” bu gün “Spartak-Sxinvali” ilə yoxlama oyunu keçirib. "Bankirlər” matçı Mirsahib Abbasov və Samir Zərgərovun vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb
Qeyd edək ki, “İnter” sabah Rustavi “Metallurq”u ilə qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq.