Ölkə futbolu

Rəşad Sadıqov: “Sumqayıta qarşı oyuna yalnız üç xal üçün çıxacağıq”

Neftçi PFK-nın kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına açıqlama verib.

“Sumqayıt” la oyuna yalnız 3 xal üçün çıxacağıq. Bundan sonrakı görüşlərdə hər xal qızıl dəyərindədir. Rəqibə hörmətlə yanaşırıq. “Sumqayıt” klubu əsasən gənc futbolçulardan təşkil olunsa da, mübarizliyi ilə seçilən komandadır. Qələbə qazandığımız səfər matçında da rəqib yaxşı təsir bağışlamışdı. Bu səbəbdən də “Sumqayıt”la qarşılaşmada var gücümüzlə oynamalıyıq. Qələbə qazanıb turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq”.

(Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43