İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası son oyununda Türkiyə yığmasını ilə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, millimiz Türkiyə yiğmasını 5:3 hesabı ilə məğlub edərək turniri üçüncü yerdə başa vurub. Amid Nəzərovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Zeynal Zeynalov, Sabir Allahquliyev və Orxan Məmmədov fərqlənib.