“Futbol bir nağıl deyil. Reallığa əsaslanır. Rəqib yaxşı müdafiə olundu. Komandanın oyunundan razı qaldım. İki qol vurduq. Lakin bu mərhələni keçmək üçün yetərli olmadı.”
İdmanxeber.com-un məlumatına görə, bu sözləri səfərdə “Monako”ya 2:0 hesabı ilə qalib gəlsə də iki oyunun nəticəsinə görə ÇL-da mübarizəni dayandıran “Arsenal”ın baş məşqçisi Arsen Venger deyib:
“Bu uğursuzluğu öncəki illərdəki məğlubiyyətlərlə eyniləşdirmək düzgün deyil. Çünki daha öncə biz “Barselona” və “Bavariya”ya uduzmuşduq. Bu dəfəki məğlubiyyət bizə daha pis təsir etdi”.