Ölkə futbolu

Svanadze: “Gənclərə imkan verdik”

“İnter”in baş məşqçisi Zaur Svanadze “Gənclərbirliyi” ilə keçirilən yoldaşlıq matçının (4:0) ardından açıqlamalar verib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gürcü mütəxəssis bunları deyib:

Bu gün “Gənclərbirliyi”nin ikinci komandası ilə qarşılaşdıq. Biz də özlərini göstərmək üçün gənclərə imkan verdik. Onların sərgilədikləri oyundan razı qaldıq. Qalib gəldik, uşaqlar normal oynadılar. Odur ki,  “Kolxeti Poti” ilə keçiriləcək oyuna hazırlaşmağı davam etdirəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43