Milli komanda

Millimizdən böyük irəliləyiş

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com xəbər verir ki, ötən ayla müqayisədə 45 pillə irəliləyən Azərbaycan milli komandası 404 xalla 88-ci pillədə qərarlaşıb.

Millimizin irəliləməsinə səbəb "DÇ-2018"in seçmə mərhələsində Norveç üzərindəki qələbə (1-0), Çexiya ilə heç-heçə (0-0) olub.

Siayhının ilk üçlüyündə müvafiq olaraq, Argentina, Almaniya və Braziliya qərarlaşıb.
 
Növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43