Fransanın “Nant” klubunun yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytının məlumatına görə, komandanı Serjiu Konseysau çalışdıracaq.
42 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Portuqaliyalı mütəxəssis əvvəllər ölkəsində “Olyanensi”, “Akademika”, “Braqa” və “Vitoriya” klublarında çalışıb.