Dünyadan

Emenike “Spartak”a qayıdır

Son 3 ildə “Fənərbaxça”da intizamsızlıqları, problemləri ilə gündəmə gələn Emmeanuel Emenike “sarı-lacəvirt”li forma ilə vidalaşmağa hazırlaşır. Emenike əvvəllər oynadığı Rusiya çempionatına geri dönməyə çox yaxındı. 2011-2013-cü illərdə forma geydiyi “Spartak”ın onunla maraqlanması futbolçunun heyətindən kənarda qaldığı komandadan ayrılması üçün fürsətdi.

Futbolçunun meneceri “Paytaxt Moskvada mövsümün sonuna qədər icarə üçün görüşəcəyik” ifadələrini söyləyib. Rus mətbuatında yayılan xəbərlərə görə, “Spartak” Emenikedən başqa “Torino”dan Adem Lyayiç, “Milan”dan Luis Adriano və “İnter”dən Stevan Yovetiçi izləyir. Ancaq onların həm bahalı olması, həm də Rusiyanı düşünməməsi problem yaradır.  Ancaq onlardan fərqli Emenikenin “Spartak”a keçidi daha real görünür.

Elə futbolçu özü də bu transferə müsbət yanaşır. Əvvəl olduğu kimi, BƏƏ və Çin və Qətər kimi uzaq ölkələri istəməyən Emenike daha səviyyəli çempionatda top qovmaq istəyir.

Futbolçu superliqada bu mövsüm 10 matça çıxıb və 3 qol vurub. Bundan başqa bir qol ötürməsi olan Emenike 629 dəqiqə meydanda olub. Ümumilikdə isə futbolçunun hesabında 20 oyun 7 qol və 4 qol ötürməsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43